Bakıda 60 yaşlı qadın vəhşicəsinə döyülüb

Ötən gün axşam saatlarında Bakının Qaradağ rayonunda ahil yaşlı qadın küçənin ortasında vəhşicəsinə döyülüb.


Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən ANS-ə verilən məlumata görə, Lökbatan qəsəbəsi ərazisində saat 18-19 radələrində 1953-cü il təvəllüdlü Fatma Abbasova möhkəm döyülüb. Onun sol gözünün altı göyərib, üz və bel nahiyyəsi əzilib.


Qadına tibbi yardım göstərilib. Polis qadının şikayəti əsasında onu vəhşicəsinə döyən şəxsi axtarır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri