Marina Durunda ikinci dəfə bədii gimnastika üzrə Azərbaycan çempionu oldu
- 19.04.2014, 19:59,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakıda bədii gimnastika üzrə Azərbaycan çempionatı keçirilib.
Trend-in məlumatına görə, sayca 21-ci olan çempionat yeni tikilmiş Milli Gimnastika Arenasında baş tutub.
Yarışlarda 22 senior gimnast, həmçinin 1999-2001-ci il təvəllüdlü idmançılar da iştirak ediblər.
Çempionatın Milli Gimnastika Arenasında keçirilməsi və 13-15 iyun tarixlərində təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test-turniri xarakteri daşıması yarışlara olan marağı daha da artırıb.
Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışıblar.
Çempionatda Respublika Kompleks İdman Məktəbi və "Baku Flames" klubunun gimnastları ilə yanaşı, "Neftçi", Bakı Gimnastika Məktəbi, "Spartak", Şağan OİK və "Ocaq Sport Klubu"-nun idmançıları da iştirak ediblər.
Turnirdə, həmçinin Bakıda təlim-məşq toplanışlarında olan Macarıstan və Qazaxıstan gimnastlarının müsabiqədənkənar çıxışları olub.
Çoxnövçülükdə Marina Durunda ikinci dəfə Azərbaycan çempionu adını qazanıb. Çempionatın gümüş medalını Lalə Yusifova əldə edib. Bürünc medala isə Gülsüm Şəfizadə sahib çıxıb.
Azərbaycan çempionatının nəticələri belədir:
Yuniyorlar:
Halqa ilə hərəkətlərdə:
1. Jalə Piriyeva
2. Züleyxa İsmayılova
3. Zöhrə Ağamirova
Topla hərəkətlərdə:
1. Züleyxa İsmayılova
2. Jalə Piriyeva
3. Zöhrə Ağamirova
Gürzlərlə hərəkətlərdə:
1. Jalə Piriyeva
2. Züleyxa İsmayılova
3. Ruqiyyə Səttarova
Lentlə hərəkətlərdə:
1. Züleyxa İsmayılova
2. Jalə Piriyeva
3. Ruqiyyə Səttarova
Çoxnövçülükdə:
1. Züleyxa İsmayılova
2. Jalə Piriyeva
3. Ruqiyyə Səttarova
Böyüklər:
Halqa ilə hərəkətlərdə:
1. Lalə Yusifova
2. Marina Durunda
3. Nilufər Niftəliyeva
Topla hərəkətlərdə:
1. Marina Durunda
2. Lalə Yusifova
3. Gülsüm Şəfizadə
Gürzlərlə hərəkətlərdə:
1. Marina Durunda
2. Gülsüm Şəfizadə
3. Ayşən Bayramova
Lentlə hərəkətlərdə:
1. Gülsüm Şəfizadə
2. Lalə Yusifova
3. Nilufər Niftəliyeva
Çoxnövçülükdə:
1. Marina Durunda
2. Lalə Yusifova
3. Gülsüm Şəfizadə
Qeyd edək ki, Azərbaycan çempionatının keçirildiyi Milli Gimnastika Arenasında tamaşaçı izdihamı yaşanıb və azarkeşlər idmançıların çıxışlarını fəal şəkildə dəstəkləyiblər.
İdmançılar çıxışlarını başa vurduqdan sonra Azərbaycan çempionatının mükafatçılarının, eləcə də ölkənin qrup komandalarının və respublikanın idman cəmiyyətlərinin yeniyetmə gimnastlarının iştirakı ilə qala-konsert keçirilib.
21-ci Azərbaycan çempionatı yeni tikilmiş Milli Gimnastika Arenasında keçirilən ilk turnir olub. Yarışa bir neçə gün qalmış baş tutan bu möhtəşəm idman kompleksinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva iştirak ediblər.
İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasının tikintisi də beynəlxalq əhəmiyyətli idman yarışlarının yüksək səviyyədə təşkili üçün geniş imkanlar açır.
Kompleksin fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılıb. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.
Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda hotel də yaradılıb.
Burada idmançılar üçün hər cür şərait yaradılmışdır.