Mustafa Krımoğlu: “Tatarlar Krımdan deportasiya oluna bilər”

Rusiya Federal Təhlükəsizlik Xidməti Krım tatarlarının deportasiyasını planlaşdırır.

APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, bunu Krım Tatar xalq Məclisinin liderlərindən biri olan Mustafa Abdulcəmil Krımoğlu Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən deyib.

"Bizə məlumat verilib ki, müəyyən bir vəziyyət yaranacaq və tatarlar Krımı tərk edəcək", - deyə o vurğulayıb.

M. Krımoğlunun sözlər görə, Krımda şovinizm təzahürləri məişət səviyyəsində xeyli artıb: "Məsələn "kazaklar" soruşur: siz nə zaman köçəcəksiniz? Siz hamınız qovulacaqsınız, sizin mənzilinizə köçmək istərdim və s. ifadələr işlədirlər. Məktəblərdə də eyni vəziyyətdir. Uşaqlar tatarlara hücum edirlər, xüsusilə də, onlar öz ana dilində danışanda".
Şərhlər
Dünya bölməsinin xəbərləri