Qəbələdə ağır yol qəzası olub, iki nəfər ölüb
- 19.04.2014, 20:35,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qəbələdə ağır yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 18-də saat 22.00 radələrində Qəbələ rayonu Çarxana kəndinin ərazisində qeydə alınıb.
Tovuz rayon sakini Elçin Qocayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.
Nəticədə sürücü və sərnişini, həmyerlisi Ruslan Hümmətov aldıqları xəsarətlərdən hadisə yerindəcə keçiniblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.