Everestdə qar uçqunu 16 nəfərin ölümünə səbəb olub
- 20.04.2014, 11:57,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünyanın ən uca zirvəsi hesab olunan Everestdə bədbəxt hadisə baş verib.
APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, dağ zirvəsində baş vermiş qar uçqunu 16 nəfərin ölümünə səbəb olub. Nepal xilasediciləri 13 nəfərin cəsədini qarın altından çıxara bilib.
Qeyd edək, aprelin 18-də baş vermiş qar uçqunu zamanı, ümumilikdə, 25 Nepal vətəndaşı qarın altında qalıb, lakin 7 nəfər sağ aşkarlanaraq xəstəxanaya çatdırılıb. Qalan 5 turistin axtarışları davam etdirilir.