Azərbaycanda IMEI kodların məlumat bazasında qeydiyyata alınan mobil qurğuların sayı açıqlanıb
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda mobil telefonların IMEI kodlarının məlumat bazasında 13,4 milyondan çox mobil telefon qeydiyyata alınıb. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, mobil telefonlarla yanaşı, sistemə GSM standartlı (naviqator, məişət texnikası və b.) qurğular daxil edilib.
Məlumata görə, sistemin istifadəyə verildiyi andan mobil telefonların itməsi ilə bağlı müraciətlərin sayı təxminən 2,2 min təşkil edib və onların şəbəkədə işi kəsilib.
Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) qeydiyyatı sistemi 2013-cü il mayın 1-dən işə salınıb.
Həmin tarixdən etibarən respublika ərazisinə şəxsi istifadə (Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində) üçün idxal edilən mobil telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək lazım olacaq. Bu qaydalar Azərbaycana gələn turist və qonaqlara şamil edilmir. Onların mobil telefonlarına rouminq xidməti göstərilir.
Yeni sistem mobil telefon bazarının vəziyyəti (bazarın həcmi, idxal edilən leqal və qeyri-leqal məshulların sayı) haqqında dədiq məlumat almağa imkan verir.