"Atletiko" "Real"a qalib gələrək İspaniya Kral kubokuna sahib çıxıb

"Atletiko" "Real"a qalib gələrək İspaniya Kral kubokuna sahib çıxıb İspaniya Kral kubokunun qalibi məlum olub. “Santyaqo Bernabeu”da baş tutan oyunda Madrid komandaları - “Real” və “Atletiko” üz-üzə gəlib.


Matçın 14-cü dəqiqəsində Kriştianu Ronaldo hesabı açsa da, 20 dəqiqə sonra Diyeqo Kosta bərabərlik qolunu vurub. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə edilmiş vaxtda isə Juan Miranda “Atletiko”nun qələbə qolunu vurub.


Nəticədə “Atletiko” qələbə qazanaraq, 10-cu dəfə İspaniya Kral kubokunun sahibi olub.
Şərhlər
İdman bölməsinin xəbərləri