İngiltərə klubları "Atletik"in yarımmüdafiəçisi üçün mübarizə aparacaqlar
- 22.04.2014, 19:08,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Mançester Yunayted", "Liverpul", "Arsenal" və "Mançester Siti" "Atletik"in yarımmüdafiəçisi İker Munyainə maraq göstərirlər. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i İngiltərənin "Daily Mail" qəzetinə istinadən xəbər yayıb.
İngiltərə klubları 21 yaşlı oyunçunun keçidi üçün 14 milyon funt ödəməyə hazır olsalar da, bu məbləğ futbolçunu qane etmir.
Bildirilir ki, "MY", "Liverpul", "Arsenal" və "Mançester Siti"nin nümayəndələri yarım ildən sonra oyunçu ilə sərbəst agent kimi müqavilə imzalamaq üçün onu basklarla müqaviləni uzatmamağa razı salmağa çalışırlar.
Qəzetin yazdığına görə, əgər Munyain "Atletik" ilə müqaviləni uzadarsa, onun keçidi üçün kompensasiyaların məbləği 40 milyon funt təşkil edəcək.