Dövlət Komissiyası Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədəki boşluqları açıqlayıb
- 22.04.2014, 19:11,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mbarizə üzrə Dövlət Komissiyası 2013-cü ildə aidiyyəti dövlət qurumları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində müəyyən boşluqların olduğunu üzə çıxarıb.
APA-nın məlumatına görə, Dövlət Komissiyasını narahat edən boşluqlardan biri narkomanlığın profilaktikası, bu istiqamətində maarifləndirmə və təbliğat işləri ilə bağlıdır.
Müvafiq qurumlar tərəfindən bu istiqamətdə işlər aparılsa da, onların nəticələri qənaətbəxş hesab olunmur. Dövlət Komissiyası bu sahəyə kompleks yanaşmanın zəruriliyinə diqqətin artırılmasını vacib sayır.
İkinci, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası hesab edir ki, xəstələrə müasir tələblərə cavab verən tibbi xidmətin və yeni qeydiyyat sisteminin tətbiqi ilə yanaşı respublikanın şəhər və rayonlarında mövcud narkoloji xidmətin təkmilləşdirilməsinə və fəaliyyətin səmərəliliyinin artırılmasına ehtiyac var.
Üçüncü, qeydiyyatda olan xəstələrin sayının ilbəil artması, onların əksəriyyətinin hüquq-mühafizə orqanları tərəfindən aşkar olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi, xəstələrə göstərilən tibbi-sosial xidmətlərin çeşidi və şəbəkəsinin zəif olması tibbi xidmətin kadr təminatına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni müalicə üsullarının tətbiqinə diqqətin artırılmasını tələb edir.
Dövlət Komissiyası hesab edir ki, hüquq-mühafizə orqanlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə İrandan narkotik vasitələrin quru və su (dəniz) sərhəd zonasından daşınmasının qarşısının alınması üçün cənub bölgəsində birgə əməliyyat-axtarış və profilaktik tədbirlərin gücləndirilməsi, pərakəndə satış şəbəkəsinin ifşası və bu cinayətə yol verən şəxslərin vaxtında məsuliyyətə cəlb edilməsi istiqamətində təşkilati və praktik məsələlərə xüsusi diqqət yetirilməsi vacib məsələlərdən biridir.
Dövlət Komissiyasının ən ciddi narazılığı şəhər və rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaların fəaliyyəti ilə bağlıdır. 2013-cü ildə şəhər və rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalar narkomanlığın profilaktikası sahəsində aidiyyəti qurumlarla birgə qabaqlayıcı profilaktik və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təşkil edib. Bir çox şəhər/rayon komissiyaları bu istiqamətdə müəyyən tədbirlər həyata keçirsə də, əlaqələndirmə və maarifləndirmə sahəsində yeni forma və metodların işlənib hazırlanması işi lazımi səviyyədə olmayıb, o cümlədən məhkəmə hökmləri ilə müsadirə edilmiş külli miqdarda narkotik vasitələrin məhv edilməsində qanun pozuntularına yol verib. Dövlət Komissiyası hesab edir ki, Azərbaycanda narkotiklərə nəzarət sahəsində statistik məlumatların toplanması sistemində yeni texnologiya və metodların tətbiqinə ehtiyac var.