“Sovetski”dən köçmək üçün müraciət edən ailələrin sayı 700-ə çatıb
- 22.04.2014, 19:30,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bakının “Sovetski” məhəlləsində köçürmə işləri 6 mərhələdən ibarət olacaq”.
APA-nın məlumatına görə, bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Yasamal rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasda söyləyib.
İ. Mehdiyev bildirib ki, köçürülmə işlərinə bu ilin əvvəlindən başlanılıb. Onun sözlərinə görə, ilk mərhələlərdə söküntü ərazisinə düşən 2830 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, görülmüş müvafiq tədbirlər nəticəsində mövcud gərginlik aradan qaldırılıb. Köçürülmə işlərinin yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.
İ. Mehdiyev ötən dövr ərzində Yasamal Rayon İcra Hakimiyyətinə öz evlərini müəyyən edilən şərtlərlə satmaq istəyən ailələrdən artıq 697 razılıq ərizəsi daxil olduğunu, müraciətlərin sayının artmaqda olduğunu nəzərə çatdırıb. Artıq komissiyaya dəvət olunmuş 543 mənzilin sahibləri ilə razılaşma protokolları imzalanıb, onlardan 240 əmlak sahibi ilə müvafiq qaydada alqı-satqı aparılıb, bu şəxslər öz vəsaitlərini bank hesabından götürüblər. İndiyə qədər sakinləri köçmüş 41 mənzil sökülüb.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı söküntü ərazisində 160-dan çox mədəniyyət abidəsi olduğunu açıqlayıb.
Söküntü ərazisinə düşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı, həmin abidələrin foto şəkillərdən ibarət albomu, abidələrin yerləşmə xəritəsi tərtib edilib və bu məlumatlar baş nazirin müavini Abid Şərifova və Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.