Köhnə avtomobillərin utilizasiyası məsələsi hökumətin gündəmində deyil

“Azərbaycanda dövriyyədə olan köhnə avtomobillərin utilizasiyası, yaxud bu avtomobillərin müqabilində kompensasiyanın verilməsi ilə bağlı dövlət proqramının hazırlanması məsələsinə hazırda baxılmır, bu məsələ gündəmdə deyil”.
 
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev deyib. O bildirib ki, gələcəkdə bu məsələyə baxıla bilər.
 
S. Abdullayevin sözlərinə görə, Azərbaycanda yeni neft emalı kompleksinin tikintisi ilə bağlı 1000-ə qədər standart hazırlanaraq  qəbul olunacaq: “Artıq institutumuz tərəfindən 100-ə qədər standart hazırlanıb və aprelin sonuna qədər dövlət qeydiyyatına təqdim olunacaq”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri