Şəkidə ticarət obyekti yanıb

Trend Kanal S-ə istinadən məlumat verir ki, yanğın Sabit Rəhman küçəsindəki ticarət obyektlərinin birində baş verib. Nəticədə sahibkar Məmmədov Fərhad Əbülfət oğluna məxsus ümumi sahəsi 185 kvadratmetr olan tikinti malları mağazası əşyaları ilə birgə yanıb.

Hadisə yerinə Şəki Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının digər mağazalara keçməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri