Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanov barəsində həbs qətimkan tədbiri seçilib
- 23.04.2014, 22:49,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib.
Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.
Məhkəmədən verilən məlumata görə, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən də faktı təsdiqləyiblər.