Bakıda daha bir evakuator səhvi: “Gelandewagen” aşdı - FOTO

Bu gün Bakı şəhərinin Zivərbəy Əhmədbəyov küçəsində “Mersedes Gelandewagen” evakuatordan düşərək “Mitsubishi Pajero” markalı digər maşını vurub.

Live.Az anspress-ə istinadən bildirir ki, evakuator icazəsiz yerdə saxlanmış avtomobili götürmək istəyəndə prosedur düzgün yerinə yetirilməyib.

Nəticədə hər iki avtomobilə ciddi zərər dəyib.

Xatırladaq ki, bu, Bakı şəhərində son zamanlarda baş vermiş ikinci haldır. Bir xeyli öncə də bir “CİP” avtomobili evakuatordan başqa bir maşının üzərinə düşmüşdü.

Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində maşınları evakuatorla daşımırlar və təkərlərini yerindəcə qıfıllayırlar.

Bakıda daha bir evakuator səhvi: “Gelandewagen” aşdı - FOTO
Bakıda daha bir evakuator səhvi: “Gelandewagen” aşdı - FOTO
Bakıda daha bir evakuator səhvi: “Gelandewagen” aşdı - FOTO
Şərhlər
Hadisə bölməsinin xəbərləri