Azərbaycan prezidenti bir sıra ölkələrin Bakıda səfərdə olan sabiq dövlət başçılarını qəbul edib
- 27.04.2014, 17:49,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev Finlandiya, Xorvatiya, Serbiya, Bolqarıstan, Moldova, Rumıniya, Latviya, Estoniyanın sabiq prezidentlərini və İsrailin sabiq baş nazirini qəbul edib.
APA-nın xəbərinə görə, Finlandiyanın sabiq dövlət başçısı xanım Tarya Halonen, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçi, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş prezidenti Petar Stoyanov, Moldovanın keçmiş prezidenti Petru Luçinski,Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku, Latviyanın keçmiş prezidenti Valdis Zatlersi, Estoniyanın sabiq prezidenti Arnold Rüüteli və İsrailin sabiq baş naziri Ehud Barakla görüşlərdə qonaqlar dünyada dərin maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların onlarda dərin təəssürat yaratdığını qeyd ediblər.
Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrin, o cümlədən qeyri-neft sektorunun inkişafına böyük önəm verildiyini vurğulayıb.
Qeyd edək ki, qonaqlar Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcəklər. Onlar görüşlərdə bu forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər.