Fövqəladə Hallar Nazirliyi Yardımlıda yanacaqdaşıyan maşının aşması ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Yardımlı rayonu ərazisində yanacaqdaşıyan maşının aşması ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Yardımlı rayonu, Köryədi kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşlara məxsus “Mercedes” markalı minik avtomobili və ZİL markalı yanacaq daşıyan yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yük avtomobilin aşdığı və yanacağın ətrafa dağıldığı məlum olub. Yanğın bölmələri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə hadisə yerində soyutma işləri aparıb və dağılmış yanacaq yuyulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri