FHN 15 yaşlı yeniyetmənin Araz çayında batması ilə bağlı məlumat açıqlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Araz çayının Beyləqan rayonu ərazisindən keçən hissəsində 15 yaşlı yeniyetmənin batması haqqında məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Araz çayının Beyləqan rayonu ərazisindən keçən hissəsində (“Aran” sularda xilasetmə məntəqəsindən, təxminən, 200-210 km məsafədə, nəzarət olunmayan ərazidə) 1999-cu il təvəllüdlü İbrahim Fərhad oğlu Ağayev batıb.

Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

İ. Ağayevin cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri