Azərbaycanın "Eurovision 2013" təmsilçisi Fərid Məmmədov 2-ci yeri tutdu

Azərbaycanın "Eurovision 2013" təmsilçisi Fərid Məmmədov 2-ci yeri tutdu Bu gün İsveçin Malmö şəhərində "Eurovision 2013" mahnı müsabiqəsinin finalı keçirilib.

Azərbaycanı "We are one"- "Biz birik" şüarı ilə keçirilən builki müsabiqədə təmsil edən Fərid Məmmədov səhnəyə 20-ci çıxıb.


Fərid Məmmədovu səhnədə iki rəqqas müşaiyət edib. Onlar hər ikisi simvolik obrazları canlandırıb. Bu rəmzi obrazlardan birini Rusiyanın peşəkar rəqs ustası Aleksandr Kuzmenko ifa edib. Ölkə təmsilçimizin səhnə performansına bir çox "Eurovision" qalibləri ilə işləyən Fokas Evanqelinos quruluş verib.


"Eurovision 2013" mahnı müsabiqəsinin qalibi Danimarka təmsilçisi Emmili de Forest olub. Səsvermənin nəticəsinə əsasən, o, 281 xal toplayıb.


Azərbaycanı müsabiqədə təmsil edən Fərid Məmmədov 234 xalla 2-ci olub. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus "Hold me" mahnısını səsləndirib.


Azərbaycana ən yüksək - 12 səs Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Monteneqro, Gürcüstan və Litvadan verilib.


Müsabiqədə 3-cü yeri 214 xal toplayan Ukrayna təmsilçisi tutub.


Qalibi 39 ölkənin münsiflər heyəti və tamaşaçıları müəyyən edib.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri