Azərbaycanda xəstəxananın həyətində yeni doğulmuş körpə tapılıb

Azərbaycanda xəstəxananın həyətində yeni doğulmuş uşaq tapılıb.

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 27-də Salyan rayonu Qaraçala kəndində qeydə alınıb.
 
Kənd xəstəxanasının giriş qapısının qarşısında yeni doğulmuş qız uşağı aşkar edilib. Uşağın ora kimin tərəfindən qoyulması isə hələlik məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri