İran XİN: Azərbaycan prezidentinin İrana rəsmi səfəri uğurlu olub
- 29.04.2014, 19:02,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri uğurlu olub.
APA-nın İranın “Səhər” telekanalına istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün Tehranda yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin İrana səfəri ilə iki ölkə arasında dostluq və əməkdaşlıq yeni mərhələyə qədəm qoyub: “Səfər zamanı İran və Azərbaycan arasında əvvəlkilərdən daha çox iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlıqla bağlı razılaşmalara dair ciddi müzakirələr aparıldı. Təbii ki, İran prezidenti Həsən Ruhaninin də iş proqramında Azərbaycan səfər etmək məsələsi var. İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrin genişlənməsi və mühüm razılaşmaların əldə olunması üçün böyük ciddi-cəhddir. Ruhaninin səfəri mütləq iki ölkə üçün faydalı olacaq”.
M.Əfxəm həmçinin deyib ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana səfərinin prezidentin səfərindən bir həftə sonra həyata keçirilməsi də son dərəcə önəmlidir: “Bu, iki ölkə arasında əlaqələrin daha da yaxşılaşmaqda olduğunu göstərir. Bu əlaqələr İran və Azərbaycanın bir-biri ilə əməkdaşlıq etmək üçün keçmişdəkindən daha çox yüksək hədəflər güdməsinin sübutudur”.