Fransa səfirliyi Leyla və Arif Yunusa 5 illik viza verdiyini təsdiqlədi
- 29.04.2014, 22:26,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransanın Azərbaycandakı səfirliyi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa və onun həyat yoldaşı Arif Yunusa 5 illik viza verdiyini təsdiqləyib.
APA-nın xəbərinə görə, səfirliyin mətbuat katibi Cəmilə Axundova “Media forum” saytına səfirliyin Leyla və Arif Yunuslara aprelin 28-də viza verdiyini də əlavə edib.
Mətbuat katibi vizanın növünə aydınlıq gətirməkdən imtina edib, eyni zamanda vizanın hansı prosedurlarla verildiyini də açıqlamayıb.
Cəmilə Axundova aprelin 28-də Fransa səfirliyi əməkdaşlarının Leyla Yunusla Arif Yunusu xaricə yola salmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna getdiyini də təsdiqləyib: “Amma bunun səbəbləri haqda məlumatım yoxdur”.
Qeyd edək ki, bu gün APA diplomatik qaynaqlara istinadən Fransanın Azərbaycandakı səfirliyinin Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa aprelin 28-də 2 saat ərzində 5 illik viza verdiyi bardə xəbər yayıb.
Təəssüf ki, gün ərzində Fransa səfirliyindən APA-ya cavab verilməyib.
Xatırladaq ki, Leyla və Arif Yunus aprelin 28-də axşamdan xeyli keçmiş Bakı hava limanında, Qətərin paytaxtı Dohaya gedərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib.
Aprelin 29-da Leyla Yunus hazırda həbsdə olan, dövlətə xəyanətdə şübhəli bilinən jurnalist Rauf Mirqədirovun işi üzrə Baş Prokurorluğun ağır cinayətləri araşdıran istintaq idarəsində dindirilib.