"Formula-1" yarışının mərhələlərindən birinin Bakıda keçirilməsi barədə saziş imzalandı
- 30.04.2014, 19:31,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2016-cı ildə "Formula-1" yarışının "Qran-pri" mərhələlərindən birinin Bakıda keçirilməsi haqqında rəsmi saziş imzalanıb. Bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
Bakıda keçiriləcək yarışın "Qran-pri Avropa" adlanacağı gözlənilir. Yarış Bakıda I Avropa Oyunlarından bir il sonra, yəni 2016-cı ildə keçiriləcək.
Azərbaycan keçmiş SSRİ-də Rusiyadan sonra "Formula-1" yarışının "Qran-pri" mərhələsini keçirəcək ikinci ölkə olacaq.
Yarış Bakının küçələrində keçiriləcək.
Saziş Bakıda "Formula-1"-in prezidenti Berni Ekklstoun ilə imzalanıb.
Qeyd edək ki, çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onun 22 mərhələyədək artırılacağı gözlənilir.