Mayk Loynd: 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının fantastik təntənəli açılış mərasimi olacaq
- 30.04.2014, 19:41,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının fantastik təntənəli açılış mərasimi olacaq.
Trend xəbər verir ki, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) Bakıda keçirilən 77-ci konqresi çərçivəsində Azərbaycan paytaxtı ilə tanışlıq üçün media tur təşkil edilib.
Tur çərçivəsində jurnalistlərə Bakının tarixi binaları, küçə və prospektləri, eləcə də 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində yarışların təşkil ediləcəyi idman kompleksləri barədə geniş məlumat verilib.
Qeyd edək ki, AIPS-in 77-ci konqresində 130-dan çox ölkədən 300-ə yaxın idman jurnalisti iştirak edir.
Media turun sonunda jurnalistlərə açıqlama verən Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı direktorunun müavini Mayk Loynd I Avropa Oyunlarına hazırlıq və yarışın açılışı ilə bağlı suallara aydınlıq gətirib: "Fantastik təntənəli açılış mərasimi olacaq. Açılış mərasimi sürprizlərlə dolu olacaq. Mərasimdə dünyada tanınmış şəxslərin iştirakı da istisna olunmur".
M.Loyndun sözlərinə görə, I Avropa Oyunlarının keçirilməsi üçün nəzərdə tutulan idman kompleksləri yarışların başlanmasına qədər tam hazır olacaq.
O, həmçinin qeyd edib ki, I Avropa Oyunlarında 7 minə yaxın idmançının iştirakı gözlənilir.
Oyunlar dünyanın çoxsaylı televiziyaları vasitəsilə bütün dünyaya yayımlanacaq: "Bakıda Avropa Oyunlarının keçirilməsi böyük hadisədir. Bunu bütün Avropa gözləyir".