Madridin “Atletiko” klubu Çempionlar liqasının ikinci finalçısı oldu

Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

“Atletiko” Madrid Londonda “Çelsi”yə qalib gələrək, turnirin ikinci finalçısı olub.

Hesabı birinci hissənin ortalarında “Çelsi”nin hücumçusu Fernando Torres açıb. Amma fasiləyə 1 dəqiqə qalmış madridlilər cavab topu vurublar. İkinci hissənin əvvəlində “Çelsi” öz cərimə meydanında qaydanı pozub. Dieqo Kostanın zərbəsi “Atletiko”nu rəqib meydanında irəli çıxarıb. 72-ci dəqiqədə isə Arda Turanın dəqiq zərbəsi londonluların final arzularının üstündən xətt çəkib.

Beləliklə, mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq finalda Madridin iki komandası – “Real” və “Atletiko” görüşəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri