Azərbaycanda IV, VII və VIII siniflərdə uşaqların tütün, alkoqol və narkotik vasitələrdən istifadə edib-etməməsi müəyyənləşdiriləcək
- 01.05.2014, 22:36,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda həkim və mütəxəssislər tərəfindən IV sinifdə uşaqlarda zərərli adətlərin (tütün, alkoqol və narkotik vasitələrdən istifadə) olub-olmaması yoxlanacaq.
APA-nın verdiyi məlumata görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları”nda müayinə zamanı xüsusi diqqət yetirilməli hallar sırasında yer alıb.
Uşaqlarda zərərli adətlərin olub-olmaması VII-VIII siniflərdə də müayinə zamanı xüsusi diqqət mərkəzində olacaq.