Azərbaycan Qazaxıstandan 1 000 ədəd avtomobil idxal edəcək
- 02.05.2014, 21:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qazaxıstanın Kostanay vilayətində istehsal olunan 1 000 “Ssang Yong Nomad“ modeli olan avtomobillər yaxın zamanlarda Azərbaycana ixrac olunacaq.
APA-nin məlumatına görə, bu haqda Kostanay vilayəti akiminin müavini Murat Daribayev bildirib.
M.Daribayev qeyd edib ki, eyni model avtomobilin 500 ədədi isə Belarusa göndəriləcək: “Avtomobillərin yığılması yanaşı, Kostanay vilayətinin maşınqayırma müəssisələrində kənd təsərrüfatı texnikası və ehtiyatlarının istehsalı üzrə işlər də davam edəcək. Həmçinin istehsal məhsullarının həcminin artırılması məqsədilə “AqromaşHoldinq” SC dövlət orqanları ilə birgə kənd təsərrüfatı texnikasının yığılması üzrə məsələ nəzərdən keçirilir. Eyni zamanda “Fiat C-sedan” avtomobillərinin yığılmasına dair məsələ də müzakirə olunur”.