Azərbaycanda son 1 həftə ərzində 6 nəfəri ilan sancıb

Azərbaycanda son 1 həftə ərzində istilər başlayandan ölkə ərazisində 6 nəfəri ilan sancıb.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onların hər biri tibbi müayinə olunmaq üçün Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinə yerləşdirilib. A.Maqsudov qeyd edib ki, ilan sancan şəxslərdən 5-i Bakıdan, 1-i isə Hacıqabul rayonundan qəbul olunub: “Mərkəzdə yerləşdirilən 6 xəstədən 5-i artıq müayinə olunaraq evə buraxılıb, 1-i isə müalicəsini hələ də davam etdirir. Həmin xəstə də dünən Hacıqabuldan daxil olan 43 yaşlı qadındır. Ümumilikdə, 6 ilan sancma hadisəsi 30-50 yaş arası insanlar arasında baş verib”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri