Odessada baş verən iğtişaşlarda 41 nəfər ölüb, 174 nəfər xəsarət alıb -
- 03.05.2014, 14:37,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mayın 2-də Odessada baş verən iğtişaşlarda 41 nəfər ölüb, 174 nəfər xəsarət alıb, şəhərdə üç günlük matəm elan olunub.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, 77 nəfər xəstəxanaya yerləşdirilib, 25 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
“Tibb işçiləri hazırda gücləndirilmiş iş rejiminə keçərək şəhərin bütün xəstəxanalarında zərərçəkənlərə yardım göstərirlər”, - Odessa şəhər meriyasının yaydığı açıqlamada deyilir.
Qeyd edək ki, son hadisələrlə bağlı Odessada 3 günlük matəm elan olunub. Matəm günləri şəhərdə dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər və idman yarışları keçirilməyəcək.
"RBK-Ukraynanın" xəbərinə görə, “Maydan” tərəfdarları dörd saatlıq küçə toqquşmalarından sonra Rusiya yönümlü rəqiblərinin qurduqları düşərgəyə od vurublar. Buna cavab olaraq ikincilər Həmkarlar İttifaqı Evini zəbt ediblər. Bundan sonra “Maydan”çılar yandırıcı maye ilə dolu şüşə qabları binaya atmağa başlayıblar. Nəticədə onlarla insan özlərini pəncərədən ataraq və yaxud tüstüdən boğularaq ölüb.