Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni rüsumlar təsdiqlənib

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni rüsum dərəcələri təsdiq edilib.

Trend-in məlumatına görə, yeni rüsum dərəcələri Milli Məclisin bu gün keçirilən plenar iclasında təsdiq olunan "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklərə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin 10 gün müddətində verilməsinə və ya dəyişdirilməsinə görə 5 manat, 3 iş günü müddətində verilməsinə və ya dəyişdirlməsinə görə 25 manat, 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə isə 35 manat rüsum tutulur.

Qanun 2015-ci il dekabr ayının 1-dən qüvvəyə minir.
Şərhlər
Sosial bölməsinin xəbərləri