Ardanın "Çelsi"yə vurduğu qol infarkta səbəb oldu

"Atletiko Madrid"də oynayan türk futbolçu Arda Turanın "Çelsi"yə vurduğu qol infarkta səbəb olub.

ANS-in məlumatına görə, Türkiyənin tanınmış aktrisası Demet Akbağın yoldaşı Zəfər Çika Çempionlar Liqasının yarımfinal cavab oyununa baxarkən özünü pis hiss edib. Ürək ağrısı şikayətiylə xəstəxanaya aparılan Çikanın infarkt keçirdiyi məlum olub. Çikanın yatdığı reanimasiyaya ziyarətçi axını olub.

Türkiyə yığmasının baş məşqçisi Fateh Terim və həyat yoldaşı xəstəxanaya ziyarətə gəlib. Terim Çikanın sağlamlıq durumu ilə bağlı açıqlama verib:

"Ardanın "Çelsi"yə vurduğu qol hamımız kimi Zəfəri də həyəcablandırıb. Arda Zərəfin mənəvi oğlu kimidir. Hazırda Zəfər çox yaxşıdır. Demetin də əhvalı düzəlib".
Şərhlər
İdman bölməsinin xəbərləri