Yunanıstanın Baş naziri Azərbaycana səfərə gəlib

Yunanıstanın Baş naziri Antonis Samaras mayın 19-da Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Yunanıstan Respublikasının Baş nazirini Azərbaycan Respublikasının sənaye və energetika naziri, Azərbaycan- Yunanıstan hökumətlərarası komissiyasının həmsədri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Antonis Samaras və Natiq Əliyev arasında qısa protokol söhbəti olmuşdur.
Şərhlər
Siyasət bölməsinin xəbərləri