Şəkidə iki yük avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Şəkidə iki yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
 
Şəki şəhər-rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Şəki-Qax magistral yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Hərəkətdə olan “MAZ” markalı, 55 AC 394 dövlət nömrə nişanlı yük avtomobili idarəetməni itirərək yolun kənarında dayanan  “Zil” markalı, 15 BH 826 dövlət nömrə nişanlı yük maşınına çırpılıb. Qəza nəticəsində Şəki rayonu Baş Göynük kənd sakinləri - 1958-ci il təvəllüdlü Abdurəhmanov Zahir Nurəhməd oğlu, onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Abdurəhmanova Sümayə Qurban qızı, 1985-ci il təvəllüdlü İsrafilov Hüseyn Qurban oğlu və 1993-cü il təvəllüdlü Seyidməmmədov Tural Mikayıl oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına aparılıblar. Xəstələr travmatologiya şöbəsinə yerləşdirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri