"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binası

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binası istifadəyə verilib.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin 2012-ci il iyulun 25-də imzaladığı Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi üçün ilkin olaraq beş milyon manat vəsait ayrılmışdı. Akademiya şəhərciyinin ərazisində inşa edilmiş beşmərtəbəli binada hər cür şərait yaradılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü ucaldılıb.

Trend oxucularına "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasından görüntüləri təqdim edir.
Şərhlər
Sosial bölməsinin xəbərləri