Moskva aeroportunda Azərbaycan vətəndaşının 3 milyon dolları oğurlanıb
- 06.05.2014, 19:32,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskvanın Şeremetyevo aeroportunda Azərbaycan vətəndaşının 3 milyon ABŞ dolları oğurlanıb.
Bu barədə APA-ya Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatda bildirilib ki, dünən 8:50-də Dubay-Moskva reysi ilə gələn Azərbaycan vətəndaşı Abidinli A. Z.-yə məxsus 3 milyon ABŞ dolları qarət olunub.
Hadisənin təfərrüatları barədə məlumat verən hüquq-mühafizə orqanındakı mənbə bildirib ki, Azərbaycan vətəndaşı özünə məxsus böyük məbləğdə pulu daşımaq üçün inkassator firması ilə anlaşıb. Lakin aeroportdan çıxan zaman inkassator avtomobilinin qarşısını OMON formasında olan şəxslər kəsib və 3 milyon dolları aparıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.