Bu ilin ilk rübündə Azərbaycanda yol tikintisi bahalaşıb
- 06.05.2014, 19:39,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin I rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,4% ucuzlaşıb.
APA-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,6% ucuzlaşma, yol və körpü tikintisində isə 0,9% bahalaşma müşahidə edilib.
Bu ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,7%, sosial təyinatlı binaların tikintisi üzrə 0,4%, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətləri 0,7% ucuzlaşıb.
Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,8%, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,1%, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,5%, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7% ucuzlaşıb.
Yol tikintisi üzrə qiymətlər 1,0% bahalaşıb, körpü tikintisi üzrə isə qiymətlər 0,2% ucuzlaşıb.