Dilarə Kazımova mayın 10-da “Eurovision” finalının birinci hissəsində çıxış edəcək

Mayın 7-də “B and V” arenada “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinalında iştirak edən 16 ölkədən finala vəsiqə qazanmış 10 ölkə təmsilçilərinin mətbuat konfransı keçirilib.

Ilk əvvəl finala vəsiqə qazanmış ifaçılar təəssüratlarını bölüşüblər. Hər bir təmsilçinin çıxışından sonra onların finalda hansı hissədə çıxış edəcəkləri müəyyənləşdirilib.

Azərbaycan təmsilçisi Dilarə Kazımova mayın 10-da birinci hissədə çıxış edəcək. Qeyd edək ki, birinci hissədə həmçinin Monteneqro, Ermənistan, Ukrayna, İsveç və İslandiya təmsilçiləri yer alacaq.

İkinci hissədə isə Macarıstan, Rusiya, San Marino, Niderland təmsilçiləri səhnəyə çıxacaq.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri