Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.

Məlumatda deyilir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Goranboy rayonu, Bakı-Qazax yolunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Cəlilabad rayonu, Göytəpə qəsəbəsində vətəndaşa məxsus hər mərtəbəsi 59 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri