Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllinə dair amerikalı həmsədrin açıqladığı 6 prinsipə münasibət bildirib
- 08.05.2014, 19:00,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bu 6 prinsip əvvəllər də səslənmişdi”.
APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik tərəfindən münaqişənin həllinə dair 6 prinsipin açıqlanmasına münasibət bildirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, Azərbaycan tərəfi sülh sazişinin işlənib hazırlanmasına tərəfdardır: “Mövcud status-kvo qəbuledilməzdir. Status-kvo ermənilər üçün də qəbuledilməzdir, ölkədə inkişaf getmir, demoqrafik problemlər var. Biz erməni tərəfinə çağırış edirik ki, bu məsələni həll edək”.