“Bakı” klubu Topaz Premyer Liqasından qovula bilər
- 08.05.2014, 19:04,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Biz “Bakı” klubundan FİFA-ya şikayət etmişik. Buna səbəb müştərim Aleksandr Tomovskinin müqaviləsinin birtərəfli şəkildə pozulmasıdır”. Bunu APA-ya açıqlamasında “Bakı”nın sabiq müdafiəçisi Aleksandr Tomovskinin vəkili Georgi Qradev deyib.
Paytaxt təmsilçisinin müştərisinə 78 min dollar borclu olduğunu deyən Qradev bildirib ki, ali futbol qurumuna 4 il əvvəl müraciət ediblər: “FİFA-ya 2010-cu ilin yanvarında şikayət etmişik. Onlar bu qərara 2013-cü ilin sentyabrında baxıblar. Bəli, gec, 3 il 9 ay sonra. FİFA lehimizə qərar çıxardı. “Bakı” 78 min dolları bizə 2014-cü il aprelin 22-dək ödəməli idi. Amma buna əməl etmədilər. Aprelin 30-da bu komandaya qarşı sanksiya tətbiq edilməli idi”.
Qradevin sözlərinə görə, “Bakı” rəsmiləri qərardan narazı qaldığından əks iddia ilə çıxış ediblər: “Bakı” nümayəndələri bizdən FİFA-ya şikayət ediblər ki, guya müqaviləni biz pozmuşuq. Buna görə futbolçudan 200 min dollar təzminat istəyirdilər. Lakin FİFA onların şikayətini rədd etdi. Bilirsiniz, “Bakı” çox ağır cəzalarla üzləşə bilər. Komandanın hesabından 6 xal silinməsi, hətta birinci diviziona göndərilmək ehtimalları da var”.