Bakıda və Şəmkirdə oğru qadınlar saxlanılıblar
- 09.05.2014, 13:23,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda və Şəmkirdə oğru qadınlar saxlanılıblar.
Trend Daxili İşlər Nazirliyini saytına istinadən xəbər verir ki, aprelin 23-də Şəmkir rayonunun Zəyəm qəsəbə sakini İlham Vəliyevin evindən 1850 manat oğurlanıb.
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş həmin qəsəbə sakini Nərmin Həsənova tutulub.
Mayın 6-da isə Bakı şəhər sakini Xəyalə Əliyevanın evindən qızıl əşyalar oğurlanıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Ülkər Bağırova tutulub.