Hacıbala Abutalıbov: “Gül bayramı üçün güllərin 80 faizi Bakıya pulsuz göndərilir”
- 10.05.2014, 19:19,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bakıya gül göndərən yerli və xarici gül firmalarının 80 faizi bu aksiyada pulsuz iştirak edir”.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
Onun sözlərinə görə, həmin firma nümayəndələrinin yalnız otel və digər xərcləri ödənilir: “Xaricdən gələn güllər həmin şirkətlərin öz hesabına gəlir və nümayiş etdirilir. Gül bayramı üçün Azərbaycanın sarı mətbuatında yazılan pulların heç yüzdə biri xərclənməyib. Sadəcə, həmin adamlar özlərini sarı mətbuatda göstərmək istəyirlər. Bu güllərdə Heydər Əliyevin sevgisi və məhəbbəti yaşayır”.