Mərkəzi Bankın İdarə Heyətinin sədri: “İpoteka kreditlərinin faizlərinin aşağı salınmasını nəzərdə tutan strategiya hazırdır”
- 10.05.2014, 19:28,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“İpoteka strategiyası artıq hazırdır. İpoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması barədə strategiya hökumət və Mərkəzi Bankın maliyyə sektoru ilə birgə geniş müzakirə olunacaq”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
O, strategiyanın dəqiqləşdiriləcəyini, təsdiq olunandan sonra reallaşdırılmasına başlanacağını qeyd edib: “Biz ölkədə vahid ipoteka strategiyasının olmasının tərəfdarıyıq. Gənclər və İdman Nazirliyinin bu strategiya ilə bağlı təklifləri də bu kontekstdə müzakirə olunaraq qəbul edilməlidir. Son nəticədə vahid ipoteka strategiyası həyata keçirilməlidir”.