Hindistanda avtobus dərəyə aşıb, 17 nəfər ölüb

Hindistanın Uttarakhand ştatında sərnişin avtobusu qəzaya uğrayıb, nəticədə 17 nəfər həlak olub.

APA-nın “İnterfaksa” istinadən verdiyi xəbərə görə, qəza nəticəsində daha 5 nəfər ağır xəsarət alıb. Yerli polisin məlumatına görə, yüksək sürətlə hərəkətdə edən avtobus yoldan çıxaraq 300 metr dərinliyi olan dərəyə aşıb. Qeyd edək ki, qəza avtobusun mənzilbaşına 500 metr qalmış baş verib. Qəzanın səbəbləri araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri