Azərbaycan çempionatının bürünc mükafatçısı itkin düşüb

Voleybol üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı İnqrid Visser itkin düşüb. Apa-nın saytının məlumatına görə, “Bakı” klubunun heyətində “Çelenc Cup”ın finalında oynamış Hollandiya millisinin sabiq üzvü mayın 13-dən həyat yoldaşı Lodevijk Severeynlə birgə yoxa çıxıb.

Onlar axırıncı dəfə İspaniyanın Mursiya şəhərindəki otellərin birində qalıblar. Lakin həmin vaxtdan cütlük barədə hansısa məlumat yoxdur.

Artıq İspaniya və Hollandiya polisi Visserlə Severeyn barədə axtarış elan ediblər.

Qeyd edək ki, 36 yaşlı Visser 2011/2012 mövsümündə “Bakı”ın şərəfini qoruyub və karyerasını bu klubda bitirib.
Şərhlər
İdman bölməsinin xəbərləri