Çörək sexində partlayış baş verib, 4 nəfər xəsarət alıb
- 12.05.2014, 00:30,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Binəqədi rayonunda partlayış baş verib.
APA TV-nin verdiyi məlumata görə, hadisə İbrahim Paşazadə küçəsi 68 ünvanında yerləşən çörəkbişirmə sexində qeydə alınıb. 3 dəfə təkrarlanan partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Partlayış yanğınla müşaət olunub. Yanğın baş verən ərazinin ümumi sahəsi 150 kv mt-dir. Hadisə nəticəsində ölən olmasa da sex işçilərindən 4 nəfər müxtəlif bədən xəsarətləri ilə 5 Saylı Klinik Xəstəxananın Yanıq Şöbəsinə çatdırılıb. Xəsarət alanlardan 3-ü kişi biri isə qadındır. Hadisə yerinə Binəqədi və Nərimanov rayon Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
5 Saylı xəstəxanadan verilən məlumata görə, hazırda yaralılara yardım göstərilir. Onların vəziyyəti ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.