Azərbaycan və Fransa prezidentləri Bakıda keçirilən biznes-forumda iştirak edib
- 12.05.2014, 19:23,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland Bakıda keçirilən Fransa Azərbaycan biznes forumunda iştirak ediblər.
Hər iki ölkənin dövlət başçıları forumda çıxış ediblər.
Forumda 200 azərbaycanlı iş adamı və 90 fransalı iş adamı, Azərbaycanın dövlət qurumlarının rəhbərləri iştirak edib.
Tədbirdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Fransanın Azərbaycana investisiya yatıran ölkələr arasında 9-cu olduğunu açıqlayıb və bu ölkənin Azərbaycanın qeyri-neft sektoru sahəsinə investisiya yatırmağa dəvət edib.
Forumun sonunda hər iki ölkənin prezidenti auditoriyanı maraqlandıran suallara cavab verib.
Daha sonra Azərbaycan və Fransa arasında bir sıra kommersiya müqavilələri imzalanıb.