Şəkidə möhtəşəm konsert baş tutub
- 12.05.2014, 23:35,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəkidə ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən konsert böyük əsk-səda doğurdu.
Live.az Kanal S-ə istinadən bildirir ki, Azərbaycanın tanınmış ifaçıları, eləcə də qonşu Türkiyədən gələn sənətçilərin bir-birindən maraqlı ifaları ilə davam edən konsert atəşfəşanlıqla başa çatıb.
Şəkidə əsl bayram ab-havası hökm sürürdü. Tanınmış şoumen Murad Dadaşov və Türkiyədən xüsusi dəvət olunmuş aktisa Məlahət Abbasovanın aparıcılığı ilə başlayan möhtəşəm konsert elə ilk andan böyük rəğbətlə qarşılandı. Konsertə şəhər rəsmiləri, sakinlər və qonaqlar qatılıblar. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək toplaşanları bayram münasibətilə təbrik edib. Səhnəyə ilk çıxın Könül Xasıyeva öz məlahətli səsi ilə tamaşaçıları heyran edib. Bir-birindən maraqlı ifalar böyük alqışlarla qarşılanıb. Bayram şənliyi getdikcə qızışıb. Bir-birinin ardınca səhnəyə çıxan müğənnilər öz performansları və maraqlı çıxışları ilə nəğməli gecəyə rəng qatıblar. Şəki Şəhər İcra Hakimiyyəti və "Kanal S"in təşkilatçılığı ilə keçirilən konsertə Türkiyədən dəvət olunmuş "Pankart" qrupu da öz çıxışı ilə damğasını vurdu. Tamaşaçıların fəallığı, böyük coşğusu tədbirin nə dərəcədə maraqlı keçdiyinin göstərici idi. 5 saata yaxın davam edən bayram konserti sonda atəşfəşanlıqla başa çatıb.