“Eurovision” qalibi Bakıda çəkdirdiyi şəkili instagramda bölüşüb

“Eurovision 2009” Norveç təmsilçisi Aleksandr Rıbak Bakıya gəlib.

Live.Az xəbər verir ki, norveçli müğənni və skripkaçı mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcək.

A.Rıbak Bakı izləyicilərinin qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxacaq.

A.Rıbak layihə ilə əlaqədar konsert tarixindən əvvəl səhnəni bölüşəcəyi gənclərlə seminar və məşqlər keçirəcək.

O, Respublika İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət orkestr ilə çıxış edəcək. Konsert 3 hissədən ibarət olacaq. Birinci hissədə səhnəni Respublika İncəsənət Gimnaziyasının şagirdləri, ikinci hissədə şagirdlər və A.Rıbak bölüşəcək. Üçüncü hissədə isə A.Rıbak solo konsertlə çıxış edəcək. Tamaşaçılara A.Rıbakın repertuarından hitlər və digər mahnılar təqdim olunacaq.

Müğənni Bakıya çatar-çatmaz paytaxtımızda çəkdirdiyi fotonu İnstagram hesabında paylaşıb.


“Eurovision” qalibi Bakıda çəkdirdiyi şəkili instagramda bölüşüb
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri