İki qardaş bıçaqlandı
- 13.05.2014, 00:56,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsmayıllı rayonu ərazisində yerləşən restoranlardan birində insident yaşanıb. Belə ki, hadisə zamanı iki qardaş rayon sakini tərəfindən bıçaqlanıb. Bu haqda informasiyanı İsmayıllı rayon mərkəzi xəstəxanası yayıb.
ANS-in məlumatına görə, ötən gecə saat 2 radələrində iki nəfər bicaqlanma xəsarətləri ilə xəstəxanaya daxil olub. Xəsarət alanların iki qardaş olduğu məlum olub. Onlardan Səlimov Ruslan Nərman oğlunun vəziyyəti orta ağır olduğundan onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Digər qardaş Salmanli Elnur Nərman oğlu isə əl barmaqlarından kəsici və cızıcı yaralar aldığından o ambulator yardim aldıqdan sonra evə buraxılıb.
İsmayıllı rayon Prokurorluğundan verilən məlumata görə hadisə restoranlardan birində, qardaşlar cay icib evə gedərkən baş verib. Belə ki, hadisə zamanı qardaşlar evə gedərkən qonşu stolda oturan yoldaşlarla sağollaşanda onlara qarşı ağsaqqal sözünü işlədib. Bu zaman həmin söz qonşu masada əyləşən Binyət Canəliyevin xoşuna gəlməyib və o qardaşlara qarşı "mənə niyə belə deyirsən" səslənib. Qardaşlar isə sözə məhəl qoymayaraq yollarına davam ediblər.
Hadisə baş verdikdən sonra Canəliyev Binyət və onun digər yoldaşları hadisə yerindən qacaraq uzaqlaşıb.
Qeyd edək ki, artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Hadisə ilə bağli İsmayıllı rayon prokurorluğunda cinayət işi acılıb.
Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.