Bakıda minik maşını iritonnajlı yük avtomobilinə çırpılıb, sürücü ölüb

Bakının Səbail rayona ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, yol qəzası Salyan şossesində qeydə alınıb.

1973-cü il təvəllüdlü Hüseynov Rasim Hüseyn oğlu VAZ-2104 markalı avtomobillə Bakı-Qazax magistralı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın Türkiyənin nəqliyyat şirkətlərindən birinə məxsus olan iritonnajlı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində VAZ-2104-ün sürücüsü Rasim Hüseynov hadisə yerində dünyasını dəyişib.

Faktı Səbail Rayon Polis İdarəsi araşdırır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri